Comments Off on Test : Məqsəd yönlülük

Test : Məqsəd yönlülük

Posted by | December 2, 2014 | Testlər

Winner

20 suala cavab verərək nə qədər " Məqsəd Yönlü " olduğunuzu müəyyən edə bilərsiniz

1) Sizə maraqsız olan bir işi, sonradan ona qayıtmağına zaman və şərait imkan verəcəyindən, və ya verməyəcəyindən, asılı olmayaraq, sonuna kimi çatdırırsınız?
2) Əgər hansısa xoşunuza gəlməyən bir işi görmək lazımdırsa, daxili müqavimətinizə asanlıqla qalib gələ bilirsiniz(məsələn, istirahət günü işə çıxmaq lazım olursa)?
3) İşdə və yaxud evdə konfliktli şəraiti çözmək üçün obyektiv və şəffaf yanaşa bilirsiniz, hətta konflikti çözmək üçün sizin şəxsiyyətinizə zərbə dəysə belə?
4) Əgər sizə pəhriz tutmağı təyin olunubsa, iştahınızı saxlayıb qaydalara riayət edə bilirsiniz?
5) İş yoldaşlarınızdan biri sizdən yardım etməyi xahiş etsə, siz səhər daha tez yuxudan durub həll edərsiniz, yoxsa axşama saxlayarsınız?
6) Sizə tez-tez məsuliyyətli tapşırıqlar verirlər?
7) Sonradan heç bir maniyə olmadan davam edə biləcəyiniz bir işi yekunlaşdırmadan, sizə yuxuya getmək çətindir?
8) Siz tez-tez öz təşəbbüsünüzə görə işdə ləngiyirsiniz?
9) Əgər sizin düşüncənizlə, hansı isə bir işi, siz yoldaşlarınızdan daha yaxşı görə bilirsiniz, sizin səlahiyyətinizə aid olmadıqda belə, siz öz öhdənizə götürürsünüz?
10) Əgər sizə daha öncə tapşırılan iş başqa işçiyə tapşırılırsa, siz özünüzü tənqid edirsiniz?
11) Yol qəzası hadisəsi yerində olarkən, şahid qismində izahat vermək üçün qalırsınız?
12) Siz məktublara tez cavab verirsiniz?
13) Təyyarədə uçuşdan və yaxud diş həkiminin qəbulundan qorxunuz varsa, siz bu hissin öhdəsindən asanlıqla gəlirsiniz və son məqamda fikrinizi dəyişdirmirsiniz ki?
14) Sizə həkim məsləhət gördüyü dadı çox xoşa gəlməyən dərmanı qəbul edərsiniz?
15) Düşünmədən verdiyiniz vədləri, hətta onları yerinə yetirmək sizə yetərincə əziyyət verərsə, yerinə yetirəcəksiniz?
16) Tanımadığınız bir şəhərə ezamiyyətə (iş səyahətinə), çox götür-qoy etmədən yola düşə bilirsiniz?
17) Gün cədvəlinə dəqiq riayət edirsiniz: yuxudan oyanmaq, qida qəbulu, məşğuliyyət, təmizlik və sair işlər?
18) Borcları və yaxud oxumağa götürdüyünüz kitabları tez qaytarırsınız?
19) Təcili və vacib işi, hətta ən maraqlı televiziya verilişi, sizi sonraya saxlamağa vadar edə bilməz. Elədir?
20) Həmsöhbətinizin sözləri, nə qədərdə sizə xoşa gəlməz olsa, söhbəti dayandırıb, susub, mübahisənin yaranmasının qarşısını ala bilirsiniz?

 

 

 

 

Share This:

1020 total views, 2 today