23 May 2018

Tam iş qrafiki Smetaçı mühəndis

Ramco LLC – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

1634titled

Job Description

 

İşəgötürən: Ramco” MMC

Vəzifə: Smetaçı mühəndis

Əmək haqqı: 1800-2500 AZN

İşin təsviri:

– Verilmiş layihələrə əsasən iş həcmlərinin müəyyən edilməsi;
– İşçi layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinə dair maya dəyərinin hesablanması;
– Tərtib edilmiş smetanın texniki və iqtisadi cəhətdən əsaslandırılması;
– Layihələndirmə, tikinti quraşdırma, təmir işləri, mexaniki və elektrik işlərində xərclərin hesablanması zamanı məhsuldarlığın təhlili və əsaslandırılması;
– İş planının, mal material təchizatı qrafikinin, xüsusi cədvəllərin, və işin icrası üzrə metodikanın hazırlanması;
– Qiymətləndirmə standartlarının və prosedurların hazırlanması;
– Tender layihələrinin analizi və layihə riskinin müəyyən edilməsi;
– Layihə planının tərkibində xüsusi cədvəllərin, və işin icrası üzrə metodikanın hazırlanması.

Tələblər:

– Tikinti sahəsi üzrə Ali təhsil;
– Mülki və Sənaye obyektlərinin tikintisi üzrə ən azı 5 il iş təcrübəsi;
– Yerli və beynəlxalq tender layihə sənədlərinin dəyərləndirməsində iştirak etmiş namizədlərə üstünlük verilir;
– İngilis və Rus dillərini bilməlidir;
– Microsoft Ofis proqramları və AutoCAD-dan irəli səviyyədə istifadə bacarığı;
– Analitik düşünmə qabiliyyəti;
– Sürücülük vəsiqəsi: B;
– Yaş: 25-50;

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  8:30 – 17:30
– Şənbə: 10:00 – 16:00

İş yeri Xırdalan dairəsində yerləşir.

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Smetaçı mühəndis  yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 5 hours.

142 total views, 3 today

Apply for this Job