27 Jul 2018

Tam iş qrafiki Senior Network administrator

Veysəloğlu Şirkətlər Qrupu – Posted by adminBakı, Azerbaijan

veyseloglu02031810

Job Description

Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 
 
Vəzifənin adı: Senior Network administrator

Təcrübə müddəti: 3 il
Təhsil: Müvafiq sahədə ali təhsil

İxtisas Bilikləri və Bacarıqlar: 

– “İnformasiya Texnologiyaları və ya oxşar  sahələrdə ali təhsil
– Router, switch, firewall və s. kimi şəbəkə avadanlıqları ilə işləmə bacarığı
– Site-to-site, Client-to-site və SSL vpn – lə işləmə bacarığı
– Müvafiq sahədə minumum 3 il iş təcrübəsi
– Böyük və mürəkkəb bir şəbəkəni idarə etmə təcrübəsi
– CCNA/CCNP sertifikata sahib olmaq”

VƏZİFƏ FUNKSİYALARI: 

– “Mövcud şəbəkəni analiz etmək və şəbəkənin daha səmərəli vəziyyətə gətirmək üçün müdriyyətə rüblük report vermək
– Şəbəkə problemlərini həll etmək; mövcud şəbəkə avadanlıqları və sxemləri ilə bağlı səhvləri və ya problemləri müəyyənləşdirmək və həll etmək
– Şəbəkə infrastrukturunun layihələndirilməsi və quraşdırılması; routing və switching texnologiyalarından istifadə edərək, kompleks müəssisə həllərini tərtib etmək, yerləşdirmək və saxlamaq
– Şəbəkə təhlükəsizliyi ilə bağlı məsələlərdə iştirak etmək və aşkar olunan problemləri həll etmək
– 24/7 xidmətin ən yüksək səviyyəsini və təhlükəsizliyini proaktiv şəkildə təmin etmək”

İş qrafiki: 5 günlük
Yaş həddi: 23 – 40 yaş
Üstünlüklər: Nahar şirkət tərəfindən verilir
 
İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Network administrator” qeyd edilməsi xahiş olunur

Share This:

Job Categories: IT Menecer and IT mütəxəssis/məsləhətçi. Job Types: Tam iş qrafiki. Job expires in 11 days.

39 total views, 3 today

Apply for this Job