22 Jun 2017

Tam iş qrafiki Satış və Xidmətlər üzrə Agent (Şirvan, Siyəzən, Naxçıvan)

Azerconnect – Posted by adminBakı, Azerbaijan

azerconnect

Job Description

Vəzifə: Satış və Xidmətlər üzrə Agent (Şirvan, Siyəzən, Naxçıvan)

Şöbə: Satış Şöbəsi

Birbaşa Rəhbər: Satış və Xidmətlərin İnkişafı üzrə Bölmə Rəhbəri

Əsas vəzifə öhdəlikləri

• Daxili prosedur, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən satış məntəqəsi vasitəsilə xidmətlərin təmin edilməsi
• Təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatın olması
• Müştərilərin yüksək səviyyədə satış və xidmətlə təmin edilməsi
• Satış və xidmətlərlə bağlı müştərilərin çətinliklərinin həll olunması və şikayətlərin qeydiyyata alınması

Bu vəzifə üzrə tələb olunan kvalifikasiya, təcrübə və bacarıqlar

Təhsil • Ali / Orta təhsil
Təcrübə • Satış və Müştəri Xidmətləri sahəsində təcrübə üstünlük hesab olunur
Kompüter bacarıqları • Ofis proqramlarını yaxşı bilmək
Dillər • Azərbaycan dili – Səlis
• Rus dili – orta
• İngilis dili – ilkin səviyyədə

Şəxsi keyfiyyətlər /davranış  

• Güclü satış bacarığı
• Müştəri yönümlü
• Nəticə yönümlü
• Davamlı  təkmilləşmə
• Ünsiyyət qurma bacarığı
• Təzyiq altında işləmə bacarığı
• Keyfiyyətə fokuslanma

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 09/07/2017

İş yeri Şirvan, Siyəzən və Naxçıvan şəhərlərində yerləşən Nar satış və xidmət mərkəzlərində  olacaqdır
Yalnız yuxarıda qeyd olunan şəhərlər və yaxın ərazilərdə yaşayan namizədlər nəzərə alınacaqdır

Müraciətlər  recruitment@azerconnect.az  ünvanına göndərilməlidir
Başlıqda Satış və Xidmətlər üzrə Agent (Şirvan, Siyəzən, Naxçıvan) qeyd olunmayan müraciətlərə baxılmayacaqdır
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Share This:

Job Categories: Digər. İş qrafiki: Tam iş qrafiki. Job expires in Endless.

252 total views, 1 today

Apply for this Job