22 Jun 2017

Tam iş qrafiki Satış üzrə Mütəxəssis

IsTech MMC – Posted by adminBakı, Azerbaijan

ish.az

Job Description

“IsTech” MMC Satış üzrə Mütəxəssis vakansiyasına işəqəbul elan edir.

İş barədə məlumat

– Şirkətin təqdimatı
– Bazarın təhlil edilməsi
– Yeni partnyorların (şirkətlərin) araşdırılması, danışıqlar aparılaraq əməkdaşlığa cəlb edilməsi
– Mövcud partnyorlarla (şirkətlərlə) mütəmadi görüşlərin keçirilməsi, əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi
– Razılaşdırılmış kampaniya üzrə statistik analiz aparmaq və effektivliyin hesablanması
– Gənclərə uyğun reklam kampaniyalarının düşünülməsi, internet resurslarından istifadə edərək konkursların keçirilməsi
– Layihənin həyata keçirilməsi ilə bağlı qoyulmuş hədəflərə çatmaq
– Əmək haqqı işə götürüləcək şəxsin bilik və bacarıqlarına görə təyin olunacaq
– İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00

Namizədə tələblər

– İşğüzar danışıqları aparmaq, yüksək ünsiyyət və təqdim etmə bacarıqları
– Təqdimatlı səliqəli görünüşə malik olmalı
– Kreativlik, yaradıcılıq bacarıqları
– Komandada işləmək bacarığı yüksək səviyyədə olmalı
– Qısa zamanda qərar vermə qabiliyyəti
– Analitika qabiliyyəti
– Marketinqin əsas prinsiplərini yaxşı bilməli
– Məqsədyönlü, məsuliyyətli, operativ
– Azərbaycan dili, rus dili – mükəmməl, ingilis dili orta səviyyədə
– Microsoft Office proqramları (Word, Excel, Power Point)

Vakansiya üçün müraciət qaydası: CV-lər “Satış üzrə Mütəxəssis” mövzusu ilə hr@istech.az elektron ünvanına göndərilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 İyun 2017-ci il tarixinədək hr@istech.az  elektron ünvanına göndərə bilərlər.

Share This:

Job Categories: Digər. İş qrafiki: Tam iş qrafiki. Job expires in Endless.

237 total views, 2 today

Apply for this Job