13 Jun 2017

Tam iş qrafiki Satış Təmsilçisi

adminBakı, Azerbaijan

mr.fix

Job Description

Vəzifə: Satış Təmsilçisi

Mr.fix haqqında qısa məlumat

“KARTAŞ LTD” MMC  2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr. Fix  adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm  tikinti kimyəviləri istehsalçısına çevirmişdir.

Mr.fix adı altında kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları, istilik izolyasiya və s. kimi tikinti materialları istehsal edir.

ƏSAS ÖHDƏLİKLƏRİ:

• Məhsulların satışını və tanıtma işlərini təşkil etmək;
• Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və mənfəət hədəflərinə çatmaq;
• Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı    məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
• Müştərilərə gedəcək sənədlərin (kommersiya təklifi, müqavilə və digərləri ) vaxtında hazırlanmasına nəzarət etmək və müştəriyə çatdırmaq;
• Şirkətə yeni müştərilər qazandırmaq;
• Şirkətin keçirdiyi kampaniyalar haqqında müştərilərə ətraflı məlumat vermək;
• Daimi olaraq müştəri ziyarətlərini təşkil etmək;
• Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
• Gündəlik satış hesabatlarını təqdim etmək.

TƏLƏBLƏR:

• 25-35 yaşlarında;
• Satış sahəsində ən az 3 il təcrübəsi olan;
• Regionları yaxşı tanıyan;
• Regionlara ezamiyyətə çıxa bilən;
• Dəqiq və işinə qarşı məsuliyyətli olan;
• Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti;
• İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan;
• Ofis proqramı biliyi (Microsoft word, excel);
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
• B kateqoriya sürücülük vəsiqəsi olan.

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün  hr@mrfix.az  e-poçtuna mövzu hissəsinə “Satış Təmsilçisi” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.

Share This:

Job Categories: Satış üzr mütəxəssis. İş qrafiki: Tam iş qrafiki. Job expires in Endless.

127 total views, 1 today

Apply for this Job