29 Jul 2018

Tam iş qrafiki Satınalmalar şöbəsi, Böyük mütəxəssis

Sumgait Technologies Park – Posted by adminBakı, Azerbaijan

stp

Job Description

Vəzifənin adı: Satınalmalar şöbəsi, Böyük mütəxəssis

Vəzifə öhdəlikləri:

• Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlanmasında və həyata keçirilməsində Satınalmalar şöbəsinin müdirinə kömək edir;
• Proqnozlaşdırılan daxili və xarici  satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır və Satınalmalar şöbəsinin müdirinə təqdim edir;
• Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf edilməsində Satınalmalar şöbəsinin müdirinə köməklik edir;
• Potensial təchizatçıların siyahısının hazırlanmasında tövsiyyələrini verir;
• Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparır;
• Təchizatçılar və xidmət təminatçılarının işini, performansını daima izləyərək aşağı səviyyəli xidmət göstərən təchizatçılarla bağlı tövsiyyələr verir;
• Müəssisə tenderlər üçün hazırlaşan zaman təchizat məsələlərində əlaqədar komandalara kömək edir;
• Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir;

Təhsil/Təcrübə: 

• Ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  cv@stp.az

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 11 days.

62 total views, 2 today

Apply for this Job