5 Aug 2018

Tam iş qrafiki Satıcı

Səba Şirkətlər Qrupu – Posted by adminBakı, Azerbaijan

NOTE: This job listing has expired and may no longer be relevant!

Job Description

Səba ət-süd mağazasında satıcı fəaliyyəti

Tələb edilənlər:

– Satış sahəsində ən azı 6 (altı) ay təcrübə olması; (çəki ilə satılan qida məhsulları və ya ümumiyyətlə qida məhsulları satışı sahəsində olması arzuolunandır.)
– Dəqiq, məsuliyyətli, təmizkar, səliqəli olmaq;
– Ən azı orta təhsilə malik olmaq;
– Xoş ünsiyyətcil, səbirli və müştərilərlə nəzakətlə davranmaq vərdişlərinə malik olmaq; 
– Əsasən, xanım namizədlər tələb olunur. 
– Başlanğıc ödəniş məbləği ilk 6 ay ərzində 250 AZN, sonrakı aylarda dövriyyənin 3% hissəsi məbləğində olacaqdır.
– Bu fəaliyyətin göstəriləcəyi “Səba ət-süd” mağazaları əsasən Bakı şəhərində yerləşir.

Vakansiya barədə məlumat:

– Mağazada ət və süd məhsullarının satışının həyata keçirilməsi; 
– Mağazada satılacaq malların əvvəlcədən siyahısının hazırlanması və sifariş verilməsi; 
– Mağazaya satış üçün gətirilən malların ölçülərək və ya sayılaraq qəbul edilməsi, vitrinə yerləşdirilməsi və qiymətlərinin qeyd olunması; 
– Mağazada satılmayaraq, şirkətə geri qaytarılacaq malların siyahısının hazırlanması və bu malların çəkilərək və ya sayılaraq satış nümayəndəsinə təhvil verilməklə geri qaytarılması.
– Mağazada təmizlik aparılması və sanitar-gigiyenik normaların tələblərinin təmin edilməsi; 
– Mağazada istifadə olunan materiallardan qənaətlə və səmərəli istifadə edilməsi və bitməsi zamanı sifarişlərinin verilməsi.

Əlavə üstünlüklər:

– Treninqlər keçirilməsi şirkət tərəfindən təmin edilir.
– Mağazada istifadə edilən ləvazimatlar, texniki dəstək və sair şirkət tərəfindən təmin edilir.

Zəhmət olmazsa, vakansiya üzrə çalışmaq üçün ilk öncə yalnız CV göndərməyiniz xahiş olunur.

Əlaqə saxlanılacaq şəxs: Fərhad Məhərrəmov 0512502300
CV-lərin göndəriləcəyi elektron poçt ünvanı: F.Maharramov@saba.az

Share This:

Job Types: Tam iş qrafiki.

111 total views, 1 today

Apply for this Job