3 May 2018

Tam iş qrafiki SƏTƏM üzrə mütəxəssis (Daşkəsən rayonu)

QSC – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

Job Description

Vakansiyanın adı: SƏTƏM üzrə mütəxəssis

İş yeri: Daşkəsən rayonu

Əsas vəzifə və öhdəliklər:

• İşə yeni qəbul edilmiş, bir vəzifədən başqa (yeni) vəzifəyə keçirilmiş işçilər ilə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə ilkin təlimatlandırmanı, eyni zamanda mövcud işçilər ilə təkrar, plandan kənar və cari təlimatlandırmaları təşkil etmək;
• İstehsalat üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətini, səbəblərini araşdırıb, onların qarşısının alınması üçün tədbirlər hazırlayıb şöbə müdirinə təqdim etmək;
• İşçilərin vaxtlı-vaxtında tibbi müayinədən keçmələrinə ümumi nəzarət etmək;
• Əmək fəaliyyəti ilə məşğul olan podratçı şirkətlərin işçi heyətinin Əməyin Təhlükəsizliyi üzrə risklərlə və daxili qaydalarla tanış etmək;
• İş proseslərinin dövlət standartlarına, ekoloji və yanğın təhlükəsizliyi, sanitar-epidemoloji, əhalinin və ərazinin fövqəladə hallardan mühafizə qaydalarına uyğun olaraq təşkil edilməsinə, həmçinin Cəmiyyətdaxili qaydaların, təlimatların, göstərişlərin, proses və prosedurların tələblərinə əməl etmələrinə mütəmadi nəzarət etmək;
• Binaların enerji, qaz, qurğuların, avadanlıqların, mexanizmlərin və qaldırıcı mexanizmlərin və digər aparatların texniki vəziyyətinin əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və qaydalarına uyğunluğunun; havalandırma sistemlərinin, sanitar-məişət otaqlarının vəziyyətinin; işçilərin kollektiv və fərdi mühafizə vasitələri, xüsusi geyim ilə təmin edilməsinin; həmçinin  təzyiq altında işləyən qurğuların işinin vaxtaşırı yoxlanılmasını aparmaq və müvafiq qeydiyyatlar aparmaq;
• Radioaktiv, tez alovlanan, partlayış təhlükəli yanacaqlar və zəhərləyici maddələrlə işləyən iş sahələrinə ciddi nəzarət etmək;
• Mexanizm və qurğularda mühafizə vasitələrinin yerində və saz olmasına, qurğu və aparatların, fərdi mühafizə vasitələrinin, isçilərin istifadə etdiyi xüsusi geyimlərin müəyyən edilmiş normalara (standartlara) uyğun olmasına nəzarət etmək;
• Elektrik qurğuları və cihazlarının torpaqlanmasına, təcridolunma müqavimətinin illik yoxlanılmasına nəzarət etmək;
• Hasilatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən işçilərin həvəsləndirilməsi, eləcə də  ayrı-ayrı struktur bölmələrdə əməyin mühafizəsi üzrə  qaydaların, təlimatların, göstərişlərin , proses və prosedurların  tələblərini pozan , əmr  və göstərişlərini yerinə yetirməyən işçilərin cəzalandırılması haqqında şöbə müdirinə təkliflər vermək;
• Baş vermiş bədbəxt hadisələrin təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsipləri (İSO 9001/ İSO 14001/OHSAS 18001) bilməli;
• Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
• Microsoft Office proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərinin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Texniki sahə üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) qsc.hr2017@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in Endless.

67 total views, 2 today

Apply for this Job