24 May 2018

Tam iş qrafiki SƏTƏM ÜZRƏ MENECER

FRESH Catering – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

Job Description

İş barədə məlumat
– Mətbəxdə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi, o cümlədən şirkətdə sahəsində aşağıda sadalanan vəzifə və öhdəlikləri düzgün yerinə yetirmək
– İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək, sənədləşmənin düzgünlüyünü təmin etmək
– Bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq
– Təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək
– Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq
– Yanğın və təxliyyə, əlverişsiz hava şəraiti zamanı təlimatlara əsasən əlaqədar SƏTƏM fəaliyyətinin təşkilini təmin etmək
– Gündəlik, həftəlik və aylıq SƏTƏM yoxlamalarına aid hesabatlar tərtib etmək
– İş rejimi: 09:00-dan 18:00-dək
Namizədə tələblər
– Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsipləri (İSO 9001/ İSO 22000) bilməli
– Müvafiq qanunvericilik aktları və normalarını bilməli
– Microsoft Office proqramlarını mükəmməl bilməli
– Dil bilikləri: Azərbaycan, İngilis dilləri mükəmməl, Rus dili arzuolunandır
– Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərinin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlikGöstərilən tələblərə uyğun namizədlər xahiş olunur ki hr@freshcatering.az elektron ünvana öz tərcümə hallarını (şəkil ilə arzuolunandır) və sertifikatlarını göndərsinlər.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 2 days.

185 total views, 5 today

Apply for this Job