4 Aug 2018

Tam iş qrafiki Risklərin idarə edilməsi İdarəsinin Metodologiya və Hesabatlılıq şöbəsinin mütəxəssisi

Xalq Bank – Posted by adminBakı, Azerbaijan

xalq bank

Job Description

Vəzifə: Risklərin idarə edilməsi İdarəsinin Metodologiya və Hesabatlılıq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, maliyyə və riyaziyyat üzrə ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilə bilər);
• Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
• Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excell-dən istifadə bacarığı;
• Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
• Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
• Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər.

 İŞİN TƏSVİRİ:

• Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
• Bankın məhsul və xidmətlərinin təhlili;
• Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
• Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
• Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatlar hazırlayır.

QEYD:  Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:   cv@xalqbank.az 
Telefon:   (012) 404 43 39
Faks:       (012) 404 43 34

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 17 days.

26 total views, 2 today

Apply for this Job