16 May 2018

Tam iş qrafiki Qrafik Dizayner

Unibank – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

NOTE: This job listing has expired and may no longer be relevant!

UniBank

Job Description

 

 

 

 

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: Marketinq /Bank

Vəzifə : Qrafik dizayner

Müqavilə şərtləri: Daimi

Bank haqqında:

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər:

• Mövcud kampaniya və məhsullar üzrə yaradıcı konsepsiyaların hazırlanması;
• Bankın sosial şəbəkələrdə rəsmi səhifələri üçün korporativ imicə uyğun olaraq dizayn eskizlərinin hazırlanması;
• Təqdimatların hazırlanması və dizayn edilməsi;
• Reklam ləvazimatlarının çapa hazır edilməsi.

Namizədin Profili:

• Ali təhsil;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus və İngilis dili biliyi olanlara üstünlük veriləcəkdir);
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (reklam agentliyində iş təcrübəsinin olması arzuolunandır);
• Adobe Photoshop, Adobe Illustrator, Adobe Indesign, Adobe After Effects, Sketch, Microsoft Office proqramları ilə işləmək bacarığı.

Arzuolunan biliklər:

• Adobe After Effects üzrə biliklər və animasiya edə bilmək bacarığı;
• 3D proqramlar üzrə təməl biliklərə sahib olmaq;
• Uİ/UX interfeyslərini hazırlamaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil və portfolioları ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Qrafik dizayner) göstərməyiniz xahiş olunur.

Share This:

Job Types: Tam iş qrafiki.

62 total views, 1 today

Apply for this Job