25 Jun 2018

Tam iş qrafiki Qeydiyyatçı (Receptionist )

Collezione Italia – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

589ntitled

Job Description

 

Collezione Italia fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkət üçün Qeydiyyatçı (Receptionist )  vəzifəsinə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 22-dən yuxarı;
• Təhsil: Ali
• Cinsi: xanım;
• Xoş xarici görkəm;
• Azərbaycan , rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək
• Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

Əsas vəzifə və öhdəliklər:

• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;
• Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
• Ofisə gələn müştərilər və qonaqları qarşılamaq;
• Gələnlərin qeydiyyatını aparmaq;
• Müştəri məmuniyyəti anketlərinə nəzarət etmək.
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
• Showroom direktoruna yardım etmək, o cümlədən onun sənədlərini, müqavilə yekun cədvəllərini və s. üzərində işləyərək hazırlamaq;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə  həmin informasiyanın çatdırılması;
• Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
• Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
• İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların tərtib edərək hazırlamaq;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 2 days.

196 total views, 2 today

Apply for this Job