24 Jul 2018

Tam iş qrafiki Qaraj müdiri

Melissa Group – Posted by adminBakı, Azerbaijan

melissa group CDR 15

Job Description

Melissa Group” “qaraj müdiri” vakansiyası elan edir:

Vəzifə öhdəlikləri:

  • Ağır tikinti texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
  • Avadanlıqlara texniki baxışın keçirilməsinin, sınaq və profilaktik təmir işlərinin təşkil olunması;
  • Tikinti-istehsalatın texniki hazırlığının təmin olunması;
  • Təmir üçün podrat təşkilatları ilə planların (qrafiklərin) razılaşdırılması, onlar lazımi texniki sənədlərlə təmin olunması;
  • Tikinti texnikalarının təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin yazılması edilməsi;
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarətin təşkil olunması;
  • Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirilməsi;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak olunması;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin olunması;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
  • Tabeçiliyində olan işçilərə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

Tələblər:

  • Təhsil: Tikinti və xüsusi avadanlıqlarının mühəndis mexanik ixtisası üzrə ali təhsil
    İş təcrübəsi: müvafiq vəzifədə 3-5 il

Bilik və bacarıqlar:

  • avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
  • müəssisədə təmir xidmətinin təşkilini;
  • avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını;
  • montaj və təmir metodlarını;
  • defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu;
  • təlimatların tərtib edilmə qaydasını;
  • avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
  • istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

CV-lərinizi hr@melissagroup.az ünvanına “qaraj müdiri” başlığı ilə göndərməyiniz və ya  https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. 

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 8 days.

99 total views, 1 today

Apply for this Job