31 May 2018

Tam iş qrafiki Proqramçı

Prosys MMC – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

1_bridge

Job Description

 

Employer: PROSYS MMC

Position : Proqramçı

İş barədə məlumat:

• Verilən texniki tapşırığa uyğun C# və ASP.Net proqramlaşdırma dillərində, Oracle və MSSQL Server verilənlər bazasında işləyən proqram təminatlarının işlənib hazırlanması,
• Yeni proqram təminatı hazırlanması,
• Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi,
• Mövcud proqram təminatlarının inkişaf etdirilməsi,
• Proqram təminatlarının test edilməsi,
• Yeni hesabatların yazılması.

Namizədə olan tələblər:

• C#, ASP.NET, MVC, EntityFramework-də iş təcrübəsi ,
• Web proqramlaşdırma, CSS, HTML, Javascript, JQuery, AngularJS bilmək,
• SQL dilini bilmək, Oracle və MSSQL Server ilə işləyə bilmək,
• Web Servis və web servis client yaza bilmək,
• Analitik düşünmək və problem həll etmək bacarığı,
• Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti,
• Kollektiv şüurla komanda şəklində fəaliyyət,
• Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir),
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq,
• Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq,
• Ümumi alqoritm qurma bacarığı,
• OOP konseptini mənimsəmək,
• Agile Software Development prinsipləri ilə iş təcrübəsi,
• Asan ünsiyyət qura bilmək,
• İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı,
• Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmaq,
• İngilis dilini texniki mətnləri qavraya biləcək səviyyədə bilmək,
• Proqramlaşdırma və verilənlər bazası üzrə sertifikatların olması arzuolunandır,
• Muhasibatlıq sahəsində iş təcrübəsinin olması arzuolunandır,
• Ali təhsilli olmaq,
• Ən azı 5 illik iş təcrübəsinə malik olmaq,
• Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmaq.

İş şəraiti:

•  İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
•  Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində Proqramçı yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 9 days.

61 total views, 3 today

Apply for this Job