14 May 2018

Tam iş qrafiki Planlama Mühəndisi

Technoil MMC – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

0

Job Description

 

 

 

 

“Technoil” MMC şirkəti Planlama mühəndisi vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

– Satış proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analizi və mütəmadi olaraq məlumatların yenilənməsi;
– Verilən satış proqnozları, planlar və sifarişlər əsasında rüblük, aylıq və həftəlik istehsal planlarının tərtib edilməsi;
– Xammal və material ehtiyaclarının planlanması (MRP);
– Sifarişlərin keçilməsi və vaxtında tədarük edilməsinin izlənməsi;
– Xammal, material və hazır məhsul qalıqlarına nəzarət;
– İstehsalın gündəlik olaraq izlənilməsi və verilən planların yerinə yetirilməsinə nəzarət;
– Məhsul reseptləri, avadanlıqların istehsal gücləri barədə verilən məlumatların analizi və düzgün istifadəsinə nəzarət;
– Planlamanın effektiv şəkildə aparılması üçün proses və prosedurların analizi, təkliflərin verilməsi;
– Həftəlik və aylıq hesabatların hazırlanması;
– Əlavə olaraq tələb edilən əməliyyatların yerinə yetirilməsi və aidiyyatı əməkdaşlara texniki dəstəyin göstərilməsi.

Namizədə qarşı tələblər:

– Mühəndislik sahəsi üzrə ali təhsil (Sənaye mühəndisliyi arzuolunandır);
– Planlama sahəsində minimum 1 il iş təcrübəsi;
– Azərbaycan dili səlis, ingilis dili əla səviyyədə;
– 1C və MS Office proqramlarında işləmək bacarığı.

Əsas məlumatlar:

– İş yeri: Sumqayıt şəhəri
– Əmək haqqı: 600-800AZN
– İş qrafiki: 6 günlük
– Korporativ nömrə və nahar şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Planlama mühəndisi” şəklində göstərməklə cv@technol.az elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 20 days.

22 total views, 1 today

Apply for this Job