2 Aug 2018

Tam iş qrafiki Payment Specialist

PASHA Bank – Posted by adminBakı, Azerbaijan

Pasha_bank_logo_aze_180712

Job Description

Əsas vəzifə öhdəlikləri:

– Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsulları üzrə bütün seqment və sənaye sahələri üzrə müştərilərlə fəaliyyətdə olması
– Ödəniş və Köçürmə məhsulları üzrə Müştəri Xidmət Komandasının tərkibi olaraq planlama prosesində iştirak etməsi
– Müştərilərin Ödəniş və Köçürmə məhsulları ilə əlaqəli əməkdaşlıq və əqdlərinin hazırlanması, struktura salınması və həyata keçirilməsində dəstək verməsi, lazımi məlumatlarla təmin etməsi
– Müştəri menecerlərinə Ödəniş və Köçürmə məhsullarının xüsusiyyətləri üzrə mütəmadi məlumat verməsi
– Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsulları Meneceri ( bundan sonra Menecer) ilə birlikdə səlahiyyətli olması, bu məhsullar üzrə müştəri menecerləri və Biznes mərkəzlərinə satışla əlaqəli dəstəyin göstərilməsi
– Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, Menecer ilə birlikdə Ödəniş sistemləri ilə əlaqəli xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasının təmin edilməsi 
– Ödəniş və Köçürmələr, Cari hesab və Depozit  məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi
– Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsullarının davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsində dəstək verməsi
– Seqment və Biznes Mərkəzlərinə Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsulları ilə əlaqəli təqdimatların, tədris materiallarının hazırlanması, broşurların, təlimatların və yeni xidmətlə əlaqəli digər vəsaitlərin təşkil edilməsi ilə əlaqədar Təşkilatı İnkişaf və Xidmət Təminatı, Korporativ Kommunikasiyalar funksiyaları ilə birbaşa koordinasiyanın edilməsi
– Müvafiq departamentlərlə birlikdə Ödəniş və Köçürmələr, Cari hesab və Depozit  məhsulları üzrə PAŞA Bankın müştəri və qeyri-müştəriləri üçün tədbirlərin hazırlanmasında iştirak və həmin tədbirlər üçün münasib müştərilərin cəlb edilməsini təmin etməsi
– Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi

Tələblər :

– Bank sahəsində minimum 1 il iş təcrübəsi
– Dillər: Azərbaycan / İngilis / Rus

Interested candidates are requested to submit their resumes to recruitment@pashabank.az 
Only short list of candidates will be contacted.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 17 days.

34 total views, 4 today

Apply for this Job