13 Jun 2017

Tam iş qrafiki Pambıq emalı və istehsalı üzrə Direktor Müavini

adminBakı, Azerbaijan

gilan agriculture

Job Description

Gilan Kənd Təsərrüfatı Qrupu Pambıq emalı və istehsalı üzrə Direktor müavini vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Pambıq müəssisələri üzrə xam pambığın emalı və satışa hazırlanması prosesinin təşkil edilməsi;
• Pambıq üzrə köməkçi məhsulların, çiyid, lint, ulyuk və s. saxlanılmasına və satışa hazır olmasına nəzarət edilməsi;
• Pambıq müəssisələrində istehsalın keyfiyyətinə nəzarət edilməsi və artırılmasına dair tədbirlərin həyata keçirilməsi;
• Pambıq müəssisələrinin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarət və dəstək edilməsi;
• Pambıq müəssisələrinin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. üçün təchizat planının hazırlanması;
• Pambıq müəssisələrində biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
• Müəssisənin satış kanalları şəbəkəsinin inkişafına dair təkliflərin irəli sürülməsi;

Tələblər:

• İqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil;
• Pambıq istehsalı və emalı sahəsində 5 il iş təcrübəsi;
• Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
• Analitik düşüncə və problemləri həll etmə bacarıqları;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik, ünsiyyətcillik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
• MS Office proqramlarını yüksək səviyyədə istifadə edə bilmək;

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:  http://hr.gilanholding.com/v/4152#

Share This:

Job Categories: Administrasiya. İş qrafiki: Tam iş qrafiki. Job expires in Endless.

198 total views, 2 today

Apply for this Job