27 Jul 2018

Tam iş qrafiki Müştəri Menecerinin Assistenti

Kapital Bank – Posted by adminBakı, Azerbaijan

kapital_bank_231114

Job Description

Ümumi məlumat:

Kapital Bank namizədləri Korporativ Satışlar Departamentinin Kiçik və Orta Sahibkarlarla İş Şöbəsində Müştəri Menecerinin Assistenti vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Müştəri Menecerinin Assistenti Müştəri Menecerinin portfelindəki müştərilərin sifarişləri, problemləri, gecikdirilmiş kreditləri üzrə ilkin təqibin həyata keçirilməsi və s. üzrə işləri həyata keçirir.

Öhdəliklər:

• Müştəri Menecerinin portfelindəki müştərilərlə əlaqəli sənəd dövriyyəsini həyata keçirmək;
• Həmin müştərilərin əməliyyatlar üzrə sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək;
• Kredit təhlili üzrə məlumatların yığılmasında və memorandumun yazılmasında iştirak etmək;
• Kredit portfelində gecikmə üzrə ilkin təqibi həyata keçirmək;
• Müştəri Menecerinin cari işlə bağlı digər tapşırıqlarını icra etmək.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
• MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
• İş təcrübəsi tələb olunmur.

Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində Müştəri Menecerinin Assistenti qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilər.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 11 days.

68 total views, 3 today

Apply for this Job