16 May 2018

Tam iş qrafiki Maddi vəsaitlər üzrə mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

1573titled

Job Description

 

 

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifənin adı: Maddi vəsaitlər üzrə mütəxəssis

İş təcrübəsi: İş təcrübəsi üstünlükdür, iş təcrübəsi yoxdursa mühasibatlıq üzrə təhsil, bu sahədə biliklər

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar: Tələblər:

Mühasibatlıq üzrə anlayışlar
Rus dili (orta), İngilis (orta)
ŞƏXSİ AVTOMOBİL tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)

Kompyuter Bilikləri: MS Office proqramlarından sərbəst istifadə

VƏZİFƏ FUNKSİYALARI:

Əsas vəsaitlərin inventarizasiyası
Əsas vəsaitlərin sistemə daxil edilməsi, amortizasiyaların hesablanması
Əsas vəsaitlərin idarə olunması

İş qrafiki: 5 günlük

Yaş həddi: 24 – 40

İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Maddi vəsaitlər üzrə mütəxəssis” qeyd edilməsi xahiş olunur.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 22 days.

101 total views, 2 today

Apply for this Job