10 May 2018

Tam iş qrafiki Mətbuat katibi

Sumqayıt Texnologiyalar Parkı MMC – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

DC41B833-5D18-498B-A6E5-2095600B9674

Job Description

 

 

Vəzifənin adı: Mətbuat katibi

Vəzifə öhdəlikləri:

• Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrin qurulması;
• Şirkətin fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasının, təbliğ edilməsinin və ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsinin təşkil edilməsi;
• Mətbuat əməkdaşları, KİV nümayəndələri tərəfindən şirkətə ünvanlanan suallara aidiyyəti üzrə razılaşdırmaqla cavablandırlması;
• Rəhbərliyin mətbuat qarşısında çıxışlarının mətn layihəsinin hazırlanılması;
• Müəssisənin fəaliyyəti ilə əlaqədar mətbuatda dərc edilən, televiziyada təqdim edilən bütün növ xəbərləri və məlumatları toplayaraq rəhbərliyə məruzələrin edilməsi;
• Müəssisənin fəaliyyət planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırılması;
• Məqalə və mətnlərin hazırlanması;
• Müəssisənin fəaliyyəti ilə əlaqədar qəzet və jurnallara abunəçilik fəaliyyətinin həyata keçirilməsi  və onlarla əlaqəli işlərin həyata keçirilməsi;
• KİV-də müəssisə haqqında materialların yayınlanması barədə rüblük və illik monitorinq aparır, analitik informasiyalar hazırlayır;
• Müəssisə rəhbərliyinin uyğun informasiya ilə təmin edilməsinə, ölkədə və dünyada baş verən  mühüm hadisələr, istehsalat sistemində baş verən yeniliklər  barədə icmalların hazırlanmasına  nəzarət etməli;
• Mətbuat konfransları və brifinqlər təşkil etməli;

Təhsil/Təcrübə:

• Müvafiq sahədə ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Korporativ prosedurlar və etiket qaydaları, KİV qarşısında çıxış etmə, məqalə hazırlama və onların dərc olunma üsullarını, fəaliyyəti üçün tələb olunan dillərin orfoqrafiyasını bilmək;
• KİV haqqında qanun və onun tələblərini bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• İş yeri: H.Z.Tağıyev qəsəbəsi, Sumqayıt;
• Namizədlər mövzu yerində vakansiyanın adını qeyd etməklə: cv@stp.az  elektron ünvanına müraciət edə bilərlər; Ancaq uyğun görülmüş namizədlər ilə əlaqə saxlanılacaq.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 16 days.

32 total views, 1 today

Apply for this Job