15 May 2018

Tam iş qrafiki Kredit Departamentində Təcrübə Proqramı

Optimal Electronics LLC – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

NOTE: This job listing has expired and may no longer be relevant!

Optimal

Job Description

 

“Optimal Elektronika” MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur.

“Optimal Elektronika” MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

“Optimal Elektronika” MMC Kredit Departamentində Təcrübə Proqramını açıq elan edir.

Tələblər:

 Ali təhsil müəssissini yeni bitirməlidir. (Maliyyə, kredit ixtisası üzrə);
 Azərbaycan dilində səlist yazmaq və danışmaq bacarığı olmalıdır;
 İnkişafa meylli olmalıdır;
 Microsoft Office proqramlarını yaxşı bilməlidir.

Biz Sizə təklif edirik:

 Karyera inkişafı;
 Əmək  Məcəlləsinə əsasən rəsmiləşmə;
 5 günlük iş rejimi;
 Şirkət hesabına nahar;
 Ödənişli təcrübə proqramından fayadalanma imkanı.

Maraqlanan şəxslər CV-lərini müvzu yerində “Kredit Departamentində Təcrübəçi” qeyd etməklə, recruitment@optimal.az ünvanına göndərə bilərlər.

Share This:

Job Types: Tam iş qrafiki.

194 total views, 2 today

Apply for this Job