25 Jul 2018

Tam iş qrafiki Korporativ satış üzrə menecer

Metak – Posted by adminBakı, Azerbaijan

metak-sirketi_1447139201 (1)

Job Description

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 650 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Korporativ satış üzrə menecer

İşin təsviri:

• Potensial müştərilərin axtarışını həyata keçirmək;
• Mövcud müştəri bazası ilə işləmək;
• Müştərilərlə kommersiya danışıqlarını aparmaq;
• Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər;
• Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt, internet və ya sərgilər vasitəsilə əlaqə saxlamaq;
• Satış xarakterli səfərlər marşrutlar seçmək, təbliğat xarakterli paketlər hazırlamaq və görüşlər təyin etmək;
• Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək;
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;
• İnternet və şəxsi əlaqələr vasitəsilə bazarda rəqabət mühitini araşdırmaq;
• Ticarət sərgiləri, tenderlər, tədbirlər və nümayişlər zamanı şirkəti  təmsil etmək.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan, ingilis və rus dillərini səlis bilməlidir;
• MS Office proqramları üzrə biliklər;
• Yaş həddi: 25 – 35 yaş;
• Export sahəsində 5 il təcrübə;
• Şəxsi müştəri bazası olmalı;
• Prezentasiyaların keçirilməsi, effektiv şifahi məlumat vermə və dinləmə bacarıqlarına malik olmalı.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=113  22.08.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Share This:

Job Categories: Satış müdiri, Satış Mütəxəssisi (məsləhətçi), Satış təmsilçisi, Satış üzr mütəxəssis, and Satış üzrə menecer. Job Types: Tam iş qrafiki. Job expires in 7 days.

46 total views, 1 today

Apply for this Job