29 Jul 2018

Tam iş qrafiki Korporativ Satış Meneceri

Baku Electronics MMC – Posted by adminBakı, Azerbaijan

Baku Electronics

Job Description

Şöbə:   BİD

Vəzifə:  Korporativ Satış Meneceri

Kimə məruzə edir: Departament Direktoruna

İş barədə məlumat

– Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
– İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
– Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyyacların analizi
– Əlaqədə olduğumuz müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
– Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
– Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
– Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
– Müştərilərə zəng vəya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
– Görüşə hazırlıq və təqdimat materiallarının hazırlanması
– Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
– Ziyarət nəticələrinin izlənilməsi
– Sifarişlərin icra olunması
– Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
– Qiymələr və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
– Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
– Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
– Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
– Müştəri ödəmələrinin izlənilməsi

Namizədə tələblər

– Ali təhsil
– İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi və korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması.
– Yaş həddi – 27-40
– Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli
– Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir.
– idarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır,
– Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli;
– Müştəriyönümlü satış  etmək bacarığının olmalı;
– Liderlik keyfiyyətlərinə malik olmalı;
– Korporativ idarəetmənin prinsiplərini bilməlidir.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Share This:

Job Categories: Sales Manager, Satış müdiri, Satış Mütəxəssisi (məsləhətçi), Satış təmsilçisi, Satış üzr mütəxəssis, and Satış üzrə menecer. Job Types: Tam iş qrafiki. Job expires in 11 days.

63 total views, 2 today

Apply for this Job