8 May 2018

Tam iş qrafiki Korporativ müştərilərlə iş üzrə mütəxəssis

Kontakt Home – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

Kontakt Home

Job Description

 

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Korporativ müştərilərlə iş üzrə mütəxəssis

Zəruri tələblər:

• Ali təhsilli
• Azərbaycan və Rus dillərini səlis bilməli, ingilis dili bilməsi arzu olunandır
• 1C proqramını bilməli
• Korporativ müştərilərlə iş təcrübəsi

Şəxsi keyfiyyətlər:

• İnsanlarlarla ünsiyyət və münasibət qurmaq, müştərilərlə nəzakətli danışmaq bacarığı
• Kollektivdə komanda ilə işləmə bacarığı
• Məsuliyyətli və inkişafa meyilli olmalı
• Emosiyalarını idarə edə bilməli
• Stresə davamlı olmalı

Vəzifələr:

• Topdan satış və daimi korporativ müştərilərlə iş
• Sifarişlərin qəbulu və yerinə yetirilməsi
• Məhsulun çatdırılmasına nəzarət
• Məhsulun təqdimatını və satışını həyata keçirmək
• Korporativ müştərilərlə iş səviyyəsini inkişaf etdirmək

İş şəraiti:

– Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
– İş qrafiki: 09:00-dan 18:00-dək, şənbə və bazar- istirahət günləridir

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ müştərilərlə iş üzrə mütəxəssis” qeyd edərək hr@abc-telecom.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 14 days.

48 total views, 1 today

Apply for this Job