27 Jul 2018

Tam iş qrafiki Korporativ Hüquq şöbəsinin Hüquqşünası

Kapital Bank – Posted by adminBakı, Azerbaijan

kapital_bank_231114

Job Description

Ümumi məlumat

Kapital Bank namizədləri Hüquq Departamentinin Korporativ Hüquq şöbəsinin Hüquqşünası vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Bankdaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
• Müqavilə, məktub və digər sənədlərin hazırlanması;
• Müxtəlif bank məhsullarına dair hüquqi dəstəyin göstərilməsi, yerli və xarici qanunvericiliyin araşdırılması;
• Hüquqi rəylərin verilməsi;
• Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
• Bankın bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
• Bankın fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi;

Tələblər:

• Ali hüquqi təhsil;
• Bank təcrübəsi üstünlük təşkil edir;
• Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi;
• Mülki, əmək, vergi, bank qanunvericiliyi üzrə biliklər;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
• Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
• Komanda tərkibində işləmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində Korporativ Hüquq şöbəsinin Hüquqşünası qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilər.

Share This:

Job Categories: Hüquq and Hüquqşünas. Job Types: Tam iş qrafiki. Job expires in 11 days.

147 total views, 4 today

Apply for this Job