14 Apr 2018

Tam iş qrafiki Keyfiyyətin təminatı üzrə Rəis müavini (Assistant Quality Assurance Manager)

Baku Boulevard Hotel, Autograph Collection – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

953ntitled

Job Description

İşə götürən: Baku Boulevard Hotel, Autograph Collection

Şöbə: İnzibati

Vəzifə: Keyfiyyətin təminatı üzrə Rəis müavini (Assistant Quality Assurance Manager)

 

Son müraciət tarixi:  15 may 2018-ci il

Vəzifə öhdəlikləri:

• Diqqətli və təzyiq altında işləmə bacarığı.
• Əsasən işçilərin gördüyü işlə bağlı və “müştəri məmnunluğu”ilə bağlı qeydlər aparmaq
• Ayda ən azı bir dəfə qrup otellərinin hər bir Əməliyyat Şöbəsi üzrə Keyfiyyətin Təminatı ilə bağlı audit keçirmək və nəticələri qeyd etmək
• İş və qida təhlükəsizliyi auditi üzrə SƏTƏM şöbəsi ilə sıx əlaqə saxlamaq
• Şöbə rəhbəri ilə nəticələri müzakirə etməli və təlim planları təklif etməli
• Keyfiyyət Təminatı üzrə yoxlama apardıqdan sonra təklif edilmiş təlimlərin icrası və fəaliyyət planı üzrə Şöbə rəhbərinin təlimatlarına riayət etməli
• Təlim meneceri ilə daxili audit nəticələrini müzakirə etmək və müxtəlif sahələr üzrə təlim ehtiyaclarını müəyyən etmək və təlimin şöbə və yaxud qrup üzrə keçirilməsinə qərar vermək
• Brend Standartı üzrə Audit yoxlanışına daxil olan sahələrin və Əməliyyat Şöbələrində təlimin və SƏP sənədlərinin yoxlanılması
• Təsadüfi seçim əsasında əməliyyat şöbələrindən birini müəyyən etmək və müvafiq təlimatlandırma işlərində iştirak etmək.
• Tələb olunan sahələrə, həmin sahə üzrə şöbə rəhbərinin iştirakı ilə, Qrup Otellərinin Brend Standartı üzrə  Audit Yoxlanışını həyata keçirmək
• Medallia sorğu rəylərindən daim məlumatlı olmalı, tripadvisor, booking.com və s. kimi onlayn səyahət agentliklərində verilmiş rəylərdən və sosial şəbəkələrdə yazılmış şərhlərdən xəbərdar olmaq üçün PR & Rəqəmsal Marketinq Meneceri ilə sıx əlaqədə olmalı. Rəyləri təhlil etməli, qonaq tərəfindən deyd edilmiş sahələr və ya xidmətləri yoxlamalı və bu istiqamətdə layihələrlə çıxış etməli.
• Qonaqları qəbul edib onların peşəkar xidmətlə bağlı şikayət və rəylərini dinləməli və mövcud problemlər və atılmış addımlarla bağlı Şöbə rəhbərini və bölmə rəhbərlərini məlumatlandımalıdır.
• Fövqəladə və ya təhlükəsizlik vəziyyətində düzgün reaksiya vermək bacarığı
• Yerli əmək qanunvericiliyinə əsasən məzuniyyət balansını müəyyən etmək.

Namizədə olan tələblər:

• Ali təhsil
• Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi
• Otaqlar Şöbəsi və ya Qida və içkilər üzrə iki illik otel təcrübəsi
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti
• Güclü təhlil etmə qabiliyyəti
• Micros & Opera bilikləri
• Güclü ünsiyyət və İdarəetmə bacarıqları

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Keyfiyyətin təminatı üzrə Rəis müavini” və ya “Assistant Quality Assurance Manager” qeyd edərək May ayın 15-dək CV-nizi boulevard.careers@absheronhotelgroup.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 22 days.

112 total views, 2 today

Apply for this Job