27 Mar 2018

Tam iş qrafiki Katibə-referent

Nurgun Holding – Posted by Sefter AgayevBakı, Azerbaijan

1_NurgunGroup

Job Description

Tələblər:

– ali təhsil
– 1 il katibə-referent sahəsində iş təcrübəsi
– xanım namizəd, yaş həddi  25 – 30
– xoş xarici görünüş
– Azərbaycan dilində səlis danışmalı
– ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
– ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
– işgüzar münasibət etikasını bilməli
– işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
– təşkilatçılıq bacarığı
– sənədləşmə işinin aparılması bacarığı

Vəzifə öhdəlikləri:

– daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
– telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
– rəhbərliyin qonaqlarını qarşılayır;
– rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
– daxil olan sənədlər və digər məlumatlar barədə rəhbərliyi vaxtında məlumatlandırır;
– baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
– kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
– rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
– qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
– rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
– rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir
– rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını hr@nurgun.az ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik.

Diqqət: Şəkilsiz CV-lərə baxılmayacaq!

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 2 days.

118 total views, 1 today

Apply for this Job