30 Jun 2018

Tam iş qrafiki Kassir

Ontop – Posted by adminBakı, Azerbaijan

ONTOP_Logotype_Pro_Страница_1

Job Description

İş barədə məlumat

– Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir. İşin başlanmasına on dəqiqə qalmış iş yerində olmalıdır
– Kassanı ancaq menecerin və ya müavinin icazəsi ilə tərk edə bilər
– Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir
– Kassa zonasını təmiz və səliqəli saxlamalıdır
– Alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət – kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir
– Nəzarət Kassa Aparatı – nın göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir
– Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir
– İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır
– iki nöbəli iş qrafikidir. I növbə saat 9:00-dan – 18:00 kimi, II növbə saat 14:00-dan – 22:00 kimi.

– Nahar şirkət tərəfindən verilir

– Əmək haqqı 350AZN +%
Namizədə tələblər

– Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını
– Satış texnikası və prinsiplərini, davranış etikasını
– Nəzarət – kassa aparatlarının istismarı qaydalarını
– “Kassir”in vəzifə təlimatının tələblərini
– Digər daxili normativ sənədlər
– Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir

Qeyd: Şəkilli “CV”-nizi mövzu yerinə “kassir” yazaraq huseynaga.aliyev@ontop.az ünvanına göndərməyiniz xahiş olunur.

 

Yaş: 20 – 28 yaş

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: Murad Əhmədov

Ünvan: Bakı, Gənclik Mall 3cü mərtəbə,

Tel. 012/050 599 15 99

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in Endless.

146 total views, 2 today

Apply for this Job