27 Jul 2018

Tam iş qrafiki İT administrator

Ateshgah Sigorta – Posted by adminBakı, Azerbaijan

Ateshgah Sigorta logo

Job Description

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəyik.

IT ADMINISTRATOR 

Namizədə tələblər:

• Yaş: 23-35 
• Təhsil: Ali
• İş təcrübəsi: qeyd olunan vəzifə üzrə minimum 1 il 
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
• Texniki sənədləri tərtib etmək təcrübəsi
• “Routing” və “Switching” , VLAN, Xarici və daxili şəbəkə bilikləri

Şəxsi keyfiyyətlər:

• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

Şəbəkə sahəsi:

• Sadə şəbəkə sisteminin qurulması,
• Marşrutlanma avadanlıqlarının (Routers) və  WIFI avadanlıqlarının (Access Points) quraşdırılması, 
• Paylayıcıların (Switches) quraşdırılması.
• İP adresslərin hesablanması və paylanması

Rabitə sahəsi:

• VOİP soft (3cx Phone System,Asterisk) və ya fiziki ATS-lərin  proqram təminatları.
• Proqramın quraşdırılması və sazlanması, İP telefonlarla işləmə (quraşdırılma,sazlanma və problemin həlli)
• Mobil avadanliqların (GSM gateways) quraşdırılması və sazlanması

Sistem sahəsi:

• Microsoft Serverlər ailəsi bilikləri
• Active Directory
• DNS
• DHCP
• Print Server
• DFS (File Server)
• Mail Server

Virtual sistemlər

• VMware 5.5 , 6.5

Şəxsi keyfiyyətlər:

• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 700 AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “IT ADMINISTRATOR’’ qeyd etmələri xahiş olunur

Share This:

Job Categories: IT Menecer and IT mütəxəssis/məsləhətçi. Job Types: Tam iş qrafiki. Job expires in 11 days.

72 total views, 2 today

Apply for this Job