31 Jul 2018

Tam iş qrafiki İnsan resursları və inzibatı məsələlər üzrə mütəxəssis

İNNES MMC – Posted by adminBakı, Azerbaijan

İNNES MMC logo

Job Description

İNNES MMC Azərbaycan və Gürcüstan bazarında innovativ həllər və məhsul satışını həyata keçirən mühəndislik şirkətidir.
Müəssisəmiz izolyasiya və fiber-kompazit təmit texnologiyaları, professional sənaye təmizlik xidmətləri üzrə ixtisaslaşmışdır.

Öz karyerasında innovasiya və korporativ mühitə üstünlük verən namizədləri işə qəbul musahibələrinə dəvət edirik.

İnsan resursları və inzibatı məsələlər üzrə mütəxəssis

Vəzifə və öhdəlikləri:

• HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
• Vəzifə təlimatlarının hazırlanması, vəzifə üzrə klasifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi, vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
• Şirkət daxili prosedurların hazırlanması;
• Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
• Xidmət fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;

O cümlədən,

• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi planının təşkilini, qərarların qəbul edilməsini və onların bilavasitə icraçıya bildirilməsini həyata keçirməyi bacarmalı;
• Müqavilələr və digər hüquqi sənədlərin qüvvədə olan qanunvericiliyə və şirkətin siyasətinə uyğun olmasını təmin etmək üçün onları nəzərdən keçirir.

Tələb olunan xüsusiyyətlər

• İnsan resursları/hüquq sahəsində ən azı 2 il iş təcrübəsi;
• Cinsiyyət: qadın.
• Ali təhsil.
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli.
• Komandada işləmək bacarığı;
• İdarəşilik qabiliyyəti.
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• İş saatları: 1-5 günlər 09:00-18:00, şənbə günü 09:00- 14:00;
• Nahar şirkət tərəfindən təmin olunur;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini sales@innes.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində İnsan resursları və inzibatı məsələlər üzrə mütəxəssis qeyd edilməsi xahiş olunur.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 15 days.

195 total views, 3 today

Apply for this Job