24 Jul 2018

Tam iş qrafiki İnşaat-tikinti mühəndisi

Melissa Group – Posted by adminBakı, Azerbaijan

melissa group CDR 15

Job Description

Melissa Groupyeni tikinti layihələrinin artması ilə əlaqədar olaraqİnşaat-tikinti mühəndisivakansiyası elan edir:

Vəzifə öhdəlikləri:

  • Yüksən mərtəbəli yaşayış binalarının tikintisinə texniki rəhbərliyin həyata keçirilməsi;
  • Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi,
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsi.
  • Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi.
  • İstehsalın (tikintinin) mühəndis hazırlığının, inşaat texnikasının istismarının, təmir və modernləşdirilməsinin aparılması, tikinti istehsalının təkmilləşdirilməsini, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiq edilməsi;
  • Təbii və tikinti ehtiyatlarının qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti-istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi.
  • Layihə-smeta sənədlərinin hazırlanması.
  • Tikinti-istehsal layihələrinin işləmələrini və icrasının, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirlərin, yeni texnika və texnologiyanın tətbiqi planlarının, elmi-tədqiqat və təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərinin, tikintinin təşkili layihəsində (POS-TTL) nəzərlə tutulmuş tədbirlərin yerinə yetirilməsi.
  • Tikinti istehsalının, əməyin və idarəetmənin elmi və qanuni əsasda təşkilinin təkmilləşdirilməsi, hesablama texnikasının tətbiqi, idarəetmə işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması.
  • Sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) üzrə mühəndis-texniki işçilərlə ilkin, aylıq, rüblük və s. təlimatın aparılması və işçilərin öyrədilməsi, işçilər tərəfindən əməyin mühafizəsi üzrə norma və qaydalarının icra olunmasına nəzarət edilməsi.
  • Bədbəxt hadisələrin araşdırılmasında iştirak edilməsi.
  • İstehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərin aparılması.

Bilməlidir: 

  • Əsaslı tikintinin əsas iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının sərəncamlarını, əmrlərini, digər normativ-hüquqi sənədləri, sahənin və tikintinin texniki və iqtisadi inkişafının perspektivlərini;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini;
  • Əməyin və idarəetmənin təşkilini;
  • Podrat müqavilələrinin bağlanma və icra qaydalarını;
  • Təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
  • Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni;
  • Mülki və əmək qanunvericiliyinin əsaslarını;
  • Əməyin mühafizəsi, SƏTƏM, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları.

 Vəzifəyə dair tələblər:

  • Sənaye və mülki tikinti üzrə ali təhsil (İnşaat mühəndisliyi);
  • Yüksək mərtəbəli yaşayış binalarının tikintisində mühəndis və sahə rəisi kimi 5 ildən çox iş təcrübəsi;
  • Əllə eskizləri çəkmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Digər məlumat:

  • Altıgünlük iş qrafiki.
  • Əməkhaqqı: 1500-2000 manat

 

CV-lərinizi hr@melissagroup.az ünvanına mühəndis başlığı ilə göndərməyiniz və ya  https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. 

Share This:

Job Categories: Mühəndis , konstruktor and Prorab, Briqadir, Usta. Job Types: Tam iş qrafiki. Job expires in 8 days.

95 total views, 3 today

Apply for this Job