26 Jul 2018

Tam iş qrafiki İcra işləri üzrə hüquqşünas

Finca Azerbaijan LLC – Posted by adminBakı, Azerbaijan

finca azerbajan

Job Description

İş Elanı  № 11/18

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün İCRA İŞLƏRİ ÜZRƏ HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəliklər:

• İcraatda olan məhkəmə qərarlarının reyestrinin aparılması və icra vəziyyətinin nəzarətdə saxlanılması;
• Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi üçün tələb edilən işlərin icra edilməsi və bununla bağlı İcra orqanları ilə əməkdaşlığın təmin edilməsi;
• İcraatında olan icra sənədlərinin icrasına ilə bağlı olaraq məhkəmələrə ərizə və müraciətlərin göndərilməsi və həmin işlər üzrə Təşkilatın məhkəmələrdə təmsil edilməsi;
• İcra Məmurları ilə əməkdaşlığı təmin etmək üçün Regionlara mütəmadi səfərlər etmək;

Tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi;
• Icra işləri üzrə azı iki il iş təcrübəsinə malik olması;
• Mülki, mülki-prosessual, ipoteka haqqında qanunvericiliyini mükkəməl bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını yaxşı bilmək;

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 25 Avqust 2018-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№11/18) qeyd etməklə göndərə bilərsiniz.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 9 days.

37 total views, 3 today

Apply for this Job