15 May 2018

Tam iş qrafiki İcarə və müqavilələr üzrə mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

1573titled

Job Description

 

 

Şirkət haqqında 

“1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir.
Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction,
Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə
qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. ”

Vəzifənin adı: İcarə və müqavilələr üzrə mütəxəssis

İş təcrübəsi: 1 il iş təcrübəsi

Təhsil: Ali (Hüquq təhsili üstünlükdür)

İxtisas Bilikləri və Bacarıqlar:

Daşınan və daşınmaz əmlak üzrə biliklər üstünlükdür
Müqavilələr üzrə iş təcrübəsi üstünlükdür

Kompyuter Bilikləri: MS Excel

Vəzifə funksiyaları: 

Ehtiyaclara uyğun Bakı və regionlarda lokal ofislərin, evlərin, anbarların, həmçinin elektrokarların axtarışı, qiymət danışıqları, müqavilələrin bağlanması və icarəyə götürülməsini həyata keçirmək;
İcarə müqavilələrinə müvafiq periodik ödənişlərin və digər razılaşdırılmış şərtlərin icra edilməsinə nəzarət etmək;
Şirkət balansında olan daşınmaz və ya daşınar vəsaitlərin vaxtaşırı sığorta və digər şirkət əhəmiyyətli məqsədlər üçün qiymətləndirilməsini həyata keçirmək və ya qiymətləndirmə xidmətini satın almaq;
Keçirilən tenderlərin və təkliflər sorğularının arxivləşməsini təmin etmək;
Tender qalibləri ilə müqavilələrin bağlanmasını təmin etmək;
Bağlanmış müqavilələri nəzarətdə saxlamaq, qüvvədə olma vaxtı bitmiş müqavilələrin yenilənməsini təmin etmək;

İş qrafiki: 5 günlük / 08:00-18:00

Yaş həddi: 25- 40

İş yeri: Bakı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İcarə və müqavilələr üzrə mütəxəssis” qeyd edilməsi xahiş olunur.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 21 days.

117 total views, 1 today

Apply for this Job