13 Jun 2017

Tam iş qrafiki Hüquq Məsləhətçisi

adminBakı, Azerbaijan

DəmirBank_loqo

Job Description

DəmirBank ASC-nin Korporativ Hüquq Departamentinə Hüquq məsləhətçisi vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

• Bank tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa məlumatlandırmaq;
• Əməkdaşlıq müqavilələrini, o cümlədən, yeni layihələr üzrə yeni müqavilə nümunələrini hazırlamaq;
• Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və digər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək;
• Təsərrüfat və xidmət müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək və birbaşa viza vermək;
• Bankdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
• Vəzifələrin icrası ilə bağlı, banka daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanmasında iştirak etmək;
• Bankın bütün struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemləri yerində araşdırmaq və işçilərin təlimatlandırılmasında iştirak etmək;
• Departament direktoru tərəfindən həvalə edilmiş digər vəzifələri icra etmək;
• Bankın qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
• Bankın ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək;
• Bankın qəbul etdiyi çirkli pulların yuyulmasının qarşısının alınması sahəsində Siyasət və bankdaxili prosedurların tələblərindən irəli gələn vəzifələr üzrə müvafiq struktur bölmələrə dəstək göstərmək.

Namizədə qarşı tələblər:

• Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır);
• Mülki və bank qanunvericiliyi, o cümlədən, bu sahəni təmzimləyən normativ xarakterli aktlar barədə dərin  biliyə sahib olmalı;
• Azərbaycan dilini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
• Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
• Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 iyun 2017-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Hüquq Məsləhətçisi göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir

Share This:

Job Categories: Hüquq. İş qrafiki: Tam iş qrafiki. Job expires in Endless.

179 total views, 2 today

Apply for this Job