17 Apr 2018

Tam iş qrafiki Geoloji kəşfiyyat şöbəsi / Texnik geoloq (Daşkəsən rayonu)

AzerGold QSC – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

1334titled

Job Description

 

 

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiya barədə məlumat:

Geoloji kəşfiyyat şöbəsi / Texnik geoloq

İş yeri: Daşkəsən rayonu

Əsas vəzifə və öhdəliklər:

• Müxtəlif təyinatlı tarixi geoloji materialların sistemləşdirilməsi,analizi və müvafik nəticələrin çıxarılması;
• Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərini yerinə yetirmək;
• Buruq-qazma quyularına nəzarət, kern materiallarının sınaqlaşdırılması, sənədləşdirilməsi;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə  işlənilməsi (məlumatların bazaya daxil olunması);
• Yerüstü qeofiziki (elektrik,maqnit kəşfiyyatı və s.) üsulları üzrə çöl  şəraitində işləmək və alınmış nəticələrin çözülməsi ;
• Tələb olunan digər tapşırıqları yerinə yetirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında ilkin biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında biliklər;
• Yerüstü xəritəalma işlərinə dair ümumi anlayışa sahib olmaq;
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı;
• Microsoft Office proqramları ilə işləmək bacarığı;
• 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) məlumatların bazaya daxil edilməsi, bazadan məlumatların əldə edilməsi;
• Dil bilikləri:  Azərbaycan dilinə sərbəst, İngilis və Rus orta səviyyədə danışıq və yazı bacarığı;
• Çöl şəraitində yerinə yetirdiyi işlərin nəticələrinin ümumi məlumatlar bazasına yerləşdirmək vərdişi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Geologiya, Geofizika yönümlü ixtisaslar üzrə ali təhsil;
• Profil üzrə minimum 1 il iş təcrübəsi (profil üzrə təhsilini yeni bitirmiş məzunlarda iştirak edə bilərlər).

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Texnik geoloq qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 21 days.

95 total views, 1 today

Apply for this Job