29 Jul 2018

Tam iş qrafiki Dispetçer

Veysəloğlu Şirkətlər Qrupu – Posted by adminBakı, Azerbaijan

veysəloğlu-veyseloglu

Job Description

Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 
 
Vəzifənin adı: Dispetçer

Təcrübə müddəti: minimum 1 il
Təhsil: Ali təhsil

İxtisas Bilikləri və Bacarıqları: 

– Avtomaşınların texniki xarakteristikasını bilmək
– Texnikanın istismarı normativini bilmək
– Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilmək

Kompyuter Bilikləri: MS Office proqramlarını bilmək

VƏZİFƏ FUNKSİYALARI: 

– Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi. Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət
– Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək
– Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək
– Yanacaq sərfi haqqında hesabatları hazırlamaq
– Alınan ehtiyat hissələrinin siyahısını aparmaq
– Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək

İş qrafiki: 5 günlük
Yaş həddi: 25 – 40 yaş
İş yeri: Bakı şəhəri, Abşeron rayonu, Məhəmmədi kəndi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Dispetçer” qeyd edilməsi xahiş olunur.

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 11 days.

68 total views, 1 today

Apply for this Job