12 Jun 2018

Tam iş qrafiki Aparıcı hüquqşünas

Express bank – Posted by Mircelal SalmanzadeBakı, Azerbaijan

137ew Picture

Job Description

 

Hüquq departamenti / Korporativ hüquq şöbəsiAparıcı hüquqşünas.

Tələblər:

–  Ali hüquqi təhsil;
–  Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını bilməli;
–  Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli;
–  Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dilini bilən namizədlərə üstünlük verilir);
–  Korporativ hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
–  Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

–  Bank daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
–  Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
–  Qanunvericilik aktlarının və bank daxili normativ sənədlərinin uçotunu aparmaq;
–  Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
–  Bankın aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
–  Bankda daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək;
–  Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək;
–  Bankın hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək;
–  Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını;
–  Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilmək.

Biz sizə nələr təklif edirik:

– Azərbaycanın aparıcı banklarının birində iş;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Stabil əmək haqqı;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri.

E – mail : cv@expressbank.az

Share This:

Job Types: Tam iş qrafiki. Job expires in 21 days.

97 total views, 3 today

Apply for this Job