Share This:

Kenar Çubuğu Metin Pencere Öğesi

Bu bir metin pencere öğesidir. Metin Pencere Öğesi temanızın sahip olabileceği metni veya HTML’yi herhangi bir kenar çubuğuna eklemenizi sağlar. Metinleri, bağlantıları, görüntüleri HTML’i veya bunların bir birleşimini görüntülemek için bir metin pencere öğesi kullanabilirsiniz. Bunları Özelleştirici‘nin Pencere Öğesi bölümünde düzenleyin.

 

 

 

 

“Bank Respublika” ASC Masallı və Bərdə filiallarına Kassir” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
• Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
• Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus dili arzuolunandır;
• Yüksək ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 iyun 2018-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində müraciət etdiyiniz filialın adını (Kassir) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Share This:

Comments Off on Müsabiqənin nəticələri müəyyən olundu

Müsabiqənin nəticələri müəyyən olundu

Posted by | May 26, 2018 | MƏQALƏLƏR

Salam əziz izləyicilərimiz!😍😎

 

İsh.az komandasıyla birgə qərara gəlmişik ki , sizlər üçün tez-tez Musabiqələr təşkil edək.😎
İlk müsabiqə Ontop ilə əməkdaşlıq çərçivəsində həyata kecirilmişdir.!

Share This:

Comments Off on Test : Məqsəd yönlülük

Test : Məqsəd yönlülük

Posted by | December 2, 2014 | Testlər

Winner

20 suala cavab verərək nə qədər " Məqsəd Yönlü " olduğunuzu müəyyən edə bilərsiniz

1) Sizə maraqsız olan bir işi, sonradan ona qayıtmağına zaman və şərait imkan verəcəyindən, və ya verməyəcəyindən, asılı olmayaraq, sonuna kimi çatdırırsınız?
2) Əgər hansısa xoşunuza gəlməyən bir işi görmək lazımdırsa, daxili müqavimətinizə asanlıqla qalib gələ bilirsiniz(məsələn, istirahət günü işə çıxmaq lazım olursa)?
3) İşdə və yaxud evdə konfliktli şəraiti çözmək üçün obyektiv və şəffaf yanaşa bilirsiniz, hətta konflikti çözmək üçün sizin şəxsiyyətinizə zərbə dəysə belə?
4) Əgər sizə pəhriz tutmağı təyin olunubsa, iştahınızı saxlayıb qaydalara riayət edə bilirsiniz?
5) İş yoldaşlarınızdan biri sizdən yardım etməyi xahiş etsə, siz səhər daha tez yuxudan durub həll edərsiniz, yoxsa axşama saxlayarsınız?
6) Sizə tez-tez məsuliyyətli tapşırıqlar verirlər?
7) Sonradan heç bir maniyə olmadan davam edə biləcəyiniz bir işi yekunlaşdırmadan, sizə yuxuya getmək çətindir?
8) Siz tez-tez öz təşəbbüsünüzə görə işdə ləngiyirsiniz?
9) Əgər sizin düşüncənizlə, hansı isə bir işi, siz yoldaşlarınızdan daha yaxşı görə bilirsiniz, sizin səlahiyyətinizə aid olmadıqda belə, siz öz öhdənizə götürürsünüz?
10) Əgər sizə daha öncə tapşırılan iş başqa işçiyə tapşırılırsa, siz özünüzü tənqid edirsiniz?
11) Yol qəzası hadisəsi yerində olarkən, şahid qismində izahat vermək üçün qalırsınız?
12) Siz məktublara tez cavab verirsiniz?
13) Təyyarədə uçuşdan və yaxud diş həkiminin qəbulundan qorxunuz varsa, siz bu hissin öhdəsindən asanlıqla gəlirsiniz və son məqamda fikrinizi dəyişdirmirsiniz ki?
14) Sizə həkim məsləhət gördüyü dadı çox xoşa gəlməyən dərmanı qəbul edərsiniz?
15) Düşünmədən verdiyiniz vədləri, hətta onları yerinə yetirmək sizə yetərincə əziyyət verərsə, yerinə yetirəcəksiniz?
16) Tanımadığınız bir şəhərə ezamiyyətə (iş səyahətinə), çox götür-qoy etmədən yola düşə bilirsiniz?
17) Gün cədvəlinə dəqiq riayət edirsiniz: yuxudan oyanmaq, qida qəbulu, məşğuliyyət, təmizlik və sair işlər?
18) Borcları və yaxud oxumağa götürdüyünüz kitabları tez qaytarırsınız?
19) Təcili və vacib işi, hətta ən maraqlı televiziya verilişi, sizi sonraya saxlamağa vadar edə bilməz. Elədir?
20) Həmsöhbətinizin sözləri, nə qədərdə sizə xoşa gəlməz olsa, söhbəti dayandırıb, susub, mübahisənin yaranmasının qarşısını ala bilirsiniz?

 

 

 

 

Share This:

Comments Off on TEST : RƏHBƏRLİK

TEST : RƏHBƏRLİK

Posted by | November 25, 2014 | Testlər

138036597

RƏHBƏRLİK testindən 20 suala cavab verərək hansı xarakterə sahib olduğunuzu müəyyən edə bilərsiniz

1) İnsanlara başçılıq etməyi bacarırsınız?
2) Siz bağ sahəsində işləməyi sevirsiniz?
3) Sizə kimə isə narazılıq etmək zövq verir?
4) Siz bu iki xüsusiyyətlərdən hansına daha çox qiymət verirsiniz?
5) Nitq deməyi, çıxış etməyi sevirsiniz?
6) Sizin fikrinizcə, sivilizasiyanın səviyyəsini nə ilə müəyyən etmək olar?
7) Sizi kiminsə ehtiyatsızlığı, diqqətsizliyi qıcıqlandırır?
8) İnsanlarla daimi ünsiyyət tələb edən işi sevirsiniz?
9) Siz uşaqlıqda həddindən çox ananızın təsiri altında olduğunuzu hesab edirsiniz?
10) Siz ilk tanışlıq zamanı öncə insanın nəyinə diqqət yetirirsiniz?
11) Siz öz bildiyinizin üstündə durub inadkarlıq edə bilmədikdə, əsəbiləşirsiniz?
12) Hansı insanın karyerası sizə daha çox cəlb edici gəlir?
13) Sizi tez-tez seçkilər işinə təyin edirlər?
14) Siz cəsur və yenilikli təkliflərin təşkilatçısı olursunuz?
15) Siz, bəzən işlərin öz-özünə həll olunacağını gözləyirsiniz?
16) Sizi, məsələn, pəncərəsi pərdəsiz olan otaqda yaşamağınız qıcıqlandırır?
17) Hansı rəng daha çox xoşunuza gəlir?
18) Siz asanlıqla qərarlar verirsiniz?
19) Hansı idman növü sizin ürəyinizlədir?
20) Əks cinsdən olan müdiri, bacarığından asılı olmayaraq, rəhbər kimi qəbul edə bilirsiniz?

 

 

 

 

Share This: